!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda "Qoşa Park" yaşayış kompleksindəki güclü yanğının səbəbi məlum oldu - VİDEO/Yeniləndi

!Reklam – Yazi

14:00

Bakıda hündürmərtəbəli binada güclü yanğın olub.

Yenicag.az xəbər verir ki, Yasamal rayonunda yerləşən “Qoşa Park” yaşayış kompleksində güclü yanğln başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın qonşu evlərə də keçib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın baş verən əraziyə 5 təcili tibbi yardım briqadası göndərilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55-də çağırış daxil olub.

***

Report xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.

Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.

Onların həyatları üçün təhlükə yoxdur.

***

“Bakı Xəbər” qəzetinin əməkdaşı Günel Cəlilova Şəfaət Mehdiyev küçəsində baş verən yanğın zamanı sakinlərlə birlikdə qəzetin baş redaktoru Aydın Quliyevin 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanımın da xilas edildiyini bildirib.

“Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır. Hələlik yanğının səbəbi bilinmir”, – o qeyd edib.

***

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən daha iki nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan biri 3 aylıq körpə və 43 yaşlı kişidir.

Həkimlər onların vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.

***

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğına səbəb elektrik yüklənməsi olub.

Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, binanın yanğından mühafizə sistemi işlək vəziyyətdə deyilmiş.

Qeyd edək ki, yanğın söndürülüb.

 

www.yenicag.az

10686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv