İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edir.
***
10:24
Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısı keçirilir.
Yenicag.az xəbər verir ki, tədbi iyulun 6-dək davam edəcək.
Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlərin, o cümlədən Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu təşkilatın tarixində mühüm rol oynayıb.