Bakıda “Range Rover” qəza törətdi – Ölənlər var

rangeroverqezaaaBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə saat 1.00 radələrində Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Əli Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub.

Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.

Həmin avtomobildə olan digər sərnişin – Qərib Eyvazlı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq gedir.(APA)