Bakıda restoranda yanğın – 10 nəfər təxliyə edildi

Bakıda restoranda yanğın olub.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.