Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıb.
Yenicag.az report-a istinadən xəbər verir ki, reydlər sərxoş sürücüləri müəyyən etməyə və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı yönəlib.
Bir gecə ərzində Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən 30-dan artıq sürücü saxlanılıb. Digər 2 sürücünün isə avtoxuliqanlıq hərəkətlərinə görə saxlanıldığı bildirilir. Onların hər biri barəsində qanuni tədbirlər görülüb.
Bir gecə ərzində keçirilən reydlər zamanı ümumilikdə kobud qayda pozuntularına yol verən 50-yə yaxın sürücü cərimələnib. Onların arasında qadın sürücülərə də rast gəlinib.
Reydlərin əsas məqsədi yol hərəkəti qaydalarının cəmiyyət arasında təbliğini yüksəltmək və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı mübariz aparmaqdı.