Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda ruhi xəstə qaçırdığı maşınla qəza törətdi - Yaralılar var

Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan “10-ZL-176” dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə “Opel” öncə “90-GE-822” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə, ardınca isə başqa bir “Opel”ə çırpılıb. Qəza zamanı “Mercedes”in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.

Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.

www.yenicag.az

1073
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100