Bakıda sağlamlıq mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Həsənova iyunun 4-də rayon ərazisindəki sağlamlıq mərkəzlərinin birində içərisində 1050 manat, 200 ABŞ dolları və bank kartları olan çantasının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Ş.Sarıyeva olduğu, oğurladığı pula mobil telefon aldığı müəyyən edilib. Mobil telefon və pulqabı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.