Paytaxtda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib.
Yenicag.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, kimliyini bildirməyən həmin şəxs bu hərəkəti ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı “nisyə dəftər”lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.
Obyekt sahibləri bildirir ki, uzun illərdir nisyə mal versələr də, belə bir halla ilk dəfədir ki, qarşılaşırlar. Hətta bağlanan borclar arasında illərdir ödənilməyənlər də olub.
Bu hal isə bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman biri-birinə dəstək olur. Kimisi bunu başqalarına örnək olmaq üçün əyani şəkildə göstərir, kimisi də sadəcə gizlindən savab qazanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: