Bu gün Bakının Pirşağı kəndində yerləşən “Gilavar” sanatoriyasında yanğın qeydə alınıb.
Bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər.
Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb.
Tüstüdən bir nəfərin zəhərləndiyi bildirilir.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısnı alıblar.
Emin Səfərov