“Bilgəh” Kordioloji Sanatoriyasında oğru mühafizəçini bıçaqlayıb.
Yeniçağ.Az-ın məlumatına görə, hadisə Zuğulba prospekti 248 ünvanında yerləşən “Bilgəh” Kordioliji Sanatoriyasında qeydə alınıb. Sanatoriyadan 28 yaşlı Şəhriyar Həmidzadə bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Vəziyyəti ağır olan yaralı dərhal əməliyyat olunub. Həkimlər Şəhriyar Həmidzadə də 3 bıçaq xəsarətinin olduğunu bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, sanatoriya ərazisində naməlum şəxs oğurluq məqsədi ilə daxil olub. Mühafizəçi Şəhriyar Həmidzadə oğrunu iş başında tutan da, həmin şəxs üzərində olan bıçaqla Şəhriyar Həmidzadəyə çox saylı zərbələr endirərək hadisə yerindən qaçıb. Yaralı onun bıçaqlayan şəxsin adının Tosif olduğunu deyib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Qeyd edək ki, Şəhriyar Həmidzadə əvvəllər FHN-də xilasedici işləyib.
Yeniçağ.Az