Bakıda saxta məktəbli forması istehsal edən müəssisə tapıldı

9c7a69faec4fb6f6edeb267acf87488aİstehsalın texnoloji təlimat olmadan həyata keçirildiyi, geyimlərin təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarıldığı müəyyənləşdirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan məlumatlar əsasında Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2 ünvanında yerləşən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki, “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır. Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir və istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur. Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayıb. Müəssisədə “Bakı Tikiş Evi” MMC-yə məxsus “BTE” əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.