!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Doludan ciddi ziyan dəymiş evlərin sakinləri İMDAD DİLƏYİR: Səlahiyyətli qurumlar isə SUSUR - VİDEO

!Reklam – Yazi

İki gün öncə Ağdam, Ağcabədi və digər rayonları dolu vurub.

Yenicag.az xəbər verir ki, dolu vurması nəticəsində bir neçə kənddə fəsadlar yaranıb.

Ağdam rayon sakinlərinin sözlərinə görə, bir neçə kənd və qəsəbənin evlərinə ciddi ziyan dəyib. Rayon rəhbərliyi məsələdən xəbərdar olsa da, zərər dəymiş evlərlə bağlı heç bir addım atılmayıb.

Rayon sakinləri bildirir ki, qonşu Ağcabədi Rayon İcra Hakimiyyəti rayonun doludan zərər çəkmiş kəndləri ilə maraqlanır, onların problemlərini həll etməyə çalışır, ancaq Ağdam Rayon İcra Hakimiyyəti nəinki problem həll edir, heç ziyan dəymiş kənlərlə belə maraqlanmır.

Dolu vurması nəticəsində zərər görmüş rayon sakinləri problemin həll olunması üçün yuxarı instansiyalara müraciət edəcəklərini bildiriblər.

Səxavət Məmməd

www.yenicag.az

1920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv