!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda sərnişin avtobusları toqquşdu: yaralananlar var

!Reklam – Yazi

Bakıda iki marşrut avtobusu toqquşub.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumat görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. 57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb. Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99 XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb.

BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb.

www.yenicag.az

2101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv