Bakıda sərnişin avtobusu 56 yaşlı qadını vurdu

Bakıda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

“Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 56 yaşlı Əliyeva Sevda Cabbar qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə 3 saylı şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı S.Əliyevaya sağ baldırın əzilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır./Report/

COP29