Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü

Bakıda “Xaliq Faiqoğlu” şirkətinə məxsus sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Bakı Şəhər Dövlət Polisi İdarəsindən Oxu.az-a bildirilib ki, hadisə bu gün saat 06:15-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

“Sərnişin avtobusu “KamAZ” markalı nəqliyyat vasitəsilə toqquşub. Hadisə nəticəsində xəsarət alan yoxdur”.

COP29