Bakıda sərnişin avtobusu qəza törətdi – Yaralılar var

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenicag az xəbər verir ki, Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar – Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil./Report/