Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda sərnişin avtobusu qəzaya düşdü

Bakıda marşrut avtobusu qəzaya düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Biləcəri qəsəbəsində qeydə alınıb. Yük maşınının qoşqusuna yığılmış taxta 91 saylı xətt üzrə hərəkətdə olan avtobusun üzərinə aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma şirkətinin nümayəndəsi Taleh Gülməmmədov APA-ya bildirib ki, qəzaya yük maşınının qoşqusundakı taxtanın marşrut avtobusunun üzərinə aşması səbəb olub: “Hadisə baş verən ərazidə məktəb və piyada keçidi var. Piyada keçidində avtobus sürətini azaldıb. Bu vaxt avtobusun sol tərəfi ilə hərəkət edən qoşqulu yük maşınına yığılmış taxta avtobusun üzərinə aşıb. Avtobus da yol kənarında duran minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə qəza anının video-görüntüsü də yayılıb.

www.yenicag.az

1727
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100