Bakıda sərnişin avtobusu yandı

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda “Daewoo” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.