Bakıda sərnişinlərə tapança çəkənin kimliyi bəlli oldu – VİDEO

Bakıda avtobusa daxil olaraq sərnişinləri tapança ilə hədələyən şəxsin kimliyi bəlli olub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hazırda Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxsin məsuliyyətə cəlb olunmasına dair axtarışlar davam etdirilir.

Məsələ burasındadır ki, bəhs edilən şəxs sərnişin qismində sürücüyə irad tutub. O, avtobus sürücüsündən dayanacaqdan kənarda saxlamağı tələb edib. Lakin, bunun doğru olmadığını bildirən sürücü, tapançalı sərnişinin qəzəbinə tuş gəlib. Nəticədə o, avtobusa daxil olaraq belindəki tapançanı çıxararaq, salondakı sərnişinləri və sürücünü hədələyib.

Yenicag.az

COP29