Bakıda sevgilisi 19 yaşlı qıza işgəncə verib

44Binə qəsəbə sakini 1996-cı il təvəllüdlü Zərifə Məmmədova (ad, soyad şərti) polisə müraciət edərək sevgilisinin ona işgəncə verdiyini deyib.
 Z.Məmmədova bildirib ki, sevgilisi 1989-cu il təvəllüdlü Röyal Hacıməmmədov 4 ay ərzində mütəmadi olaraq ona işgəncə verib: “Hər gün məni “şunur” və kəmərlə döyürdü. Yalvarırdım ki etməsin. Çəkdiyi siqaretləri bədənimdə söndürürdü”.
Faktla bağlı Xəzər RPI 2-ci Polis Bölməsində araşdırma aparılır.(Bizimyol.info)