Bakıda sexdə yanğın oldu

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan dəmir konstruksiyalardan ibarət sexin dam örtüyünün taxta atmaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallah Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.