Bakıda sexdə yanğın: Ölən var

Bakıda taxta sexi yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 1000 kv.m olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.