Bakıda sığınacaqda qızılcaya yoluxan uşaqların son durumları açıqlandı

“Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qızılcaya yoluxan uşaqların hazırda səhhəti yaxşıdır”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Birliyin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, xəstəxanaya yerləşdirilən uşaqlardan bir neçəsi sabah, qalanları isə sağaldıqca sığınacağa buraxılacaqlar.
Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub, onlardan 20-si xəstəxanaya yerləşdirilib.