Bakıda silahlı insident: Ehtiyatsızlıqdan özünü güllələdi

Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Yenicag.az xəbər verir ki, hadisə sentyabrın 9-na keçən gecə Səbail rayonu ərazisində baş verib.

1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu yaşadığı G.Əliyev küçəsindəki evində ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə güllə onun çiyin nahiyəsinə dəyib. 65 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən “İj” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

COP29