Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanıldı – YENİLƏNDİ

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:

“Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”.

***15:33

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində 2 nəfəri güllələyən şəxs tutulub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.S

Əlavə məlumat veriləcək.