Bakıda siqaretin ucuzlaşma xəbəri yalan çıxdı

xgfytytPrezident İlham Əliyevin göstərişlərindən sonra süni qiymət artımına gedən bir çox şirkətlər məhsulların qiymətini ucuzlaşadırmaq məcburiyyətində qalıb. İqtisadiyyat Nazirliyinin Baş Prokurorluqla birgə apardığı reydlər zamanı süni bahalaşma və bazarda məhsul qıtlığı yaratmasına görə bəzi sahibkarlar cinayət məsuliyyətinə cəlb edilib.

Yanvar ayının 18-i axşam saatlarında yayılan məlumatlara görə, hətta ikinci devalvasiyadan sonra kəskin bahalaşan tütün və tütün məhsullarının qiyməti 25-30 faiz ucuzlaşıb.

Modern.az saytının əməkdaşının Bakının iri marketlərində apardığı müşahidələr deyilənlərin həqiqəti əks etdirmədiyini göstərib. Belə ki, sahibkarlar siqareti elə bahalaşan qiymətlərlə alıcılara təklif edir. Onlar firmalar tərəfindən tütün məhsullarının qiymətinin endirilmədiyini deyiblər.