Bakıda şirkətdə 7 500 manatlıq boya mənimsənildi

Bakıda şirkətdə 7 500 manatlıq boya mənimsənilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2018-ci ildən cari ilin avqust ayınadək olan müddətdə rayon ərazisində yerləşən şirkətlərin birindən 7500 manat dəyərində boya mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Z.Abdullayev və A.Fəttahov saxlanılıb.