Bakıda şirkətə maskalı basqın

108996_res_01Məşhur “Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna basqın olub.

Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içərisində 50 min ABŞ dolları olan seyfi aparıb.

Faktla bağlı araşdırma aparılır(report).