Bakıda sıxlıq müşahidə edilən yollar – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı siyahıdakı kimidir:

1.Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.