Bakıda su sayğaclarını oğurlayan tutuldu

Bakıda evlərin su sayğaclarını oğurlayan şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılıb.