Bakıda sürücü sükan arxasında ölüb.
Yenicag.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
1984-cü il təvəllüdlü Məmmədov Ramin Ərzuman oğlu idarə etdiyi “Mercedes” markalı avtomobilində qəfildən dünyasını dəyişib. O, sükan arxasında ölü tapılıb.
İlkin ehtimala görə, R.Məmmədov ürək tutmasından dünyasını dəyişib. (Report)