Bakıda supermarketə basqın – Nəzarətçi bıçaqlandı-Video

aa280Bakıda iri supermarketə basqın olub.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “GrandMart”da baş verib. Naməlum şəxs supermarketin Vladislav Plotnikov küçəsinə çıxan əlavə qapısından içəri girərək, kassaya yaxınlaşıb və pul tələb edib. Marketin əməkdaşları pulu verməkdən imtina ediblər və müqavimət göstəriblər. Basqınçı işçilərə gücünün çatmadığını gördükdə cibindəki bıçağı çıxarıb. Hadisə nəticəsində supermarketin nəzarətçisi hər iki əlindən bıçaq xəsarətləri alıb.

Basqınçı isə istəyinə nail ola bilməyib və supermarketin əməkdaşları tərəfindən zərərsizləşdirilib. O, saxlanılaraq, polisə təhvil verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar, supermarket əməkdaşları və şahidlərin ifadələri alınıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.(APA TV)