Bakıda süpürgəçini maşın vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Hüseynova Nüşabə Camal qızı yolu süpürərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.