Bakıda sürücü 30 yaşlı gənci vurub öldürdü

Hadisə Mehdiabad qəsəbəsi ərazisində baş verib.

Yeniçağ.Az xəbər verir ki, yolu keçmək istəyən 30 yaşlı gənci avtomobil vurub. Hadisədən sonra sürücünün qohumu piyadanı xəstəxanaya gətirib. Lakin müayinə zamanı piyadanın öldüyü məlum olub. Polisdən verilən məlumata görə sürücü saxlanılıb.

Faktla əlaqədar Cinayət işi başlanıb. Piyadanın kimliyi müəyyənləşdirilir.

Yeniçağ.Az