!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda sürücü piyadanı vurub öldürdü, izi itirmək istədi

!Reklam – Yazi

meyid_581Bakının Xəzər rayonu, Albalı yaşayış massivində (Buzovna qəsəbəsi) yol kənarında tapılmış kişi meyitinin yol qəzası nəticəsində öldükdən sonra oraya gətirildiyi məlum olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, Bakı şəhər sakini 27 yaşlı Pərvin Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə ehtiyatsızlıqdan Ruslan Əzimovu vurub.
Bundan sonra P.Tağıyev avtomobildə olan sərnişinləri – 17 yaşlı Kamal Abdullayev və 25 yaşlı Seyfi Nəcəfzadə ilə birlikdə R.Əzimovun meyitini hadisə yerindən göürərək Albalı yaşayış massivində yol kənarına atıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən həftə Albalı yaşayış massivində (Buzovna qəsəbəsi) yol kənarında təxminən 30-35 yaşlarında kişi meyiti tapılıb həmin şəxsin sağ ayağının sındığı və sifət nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyənləşib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Şağan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ruslan Əzimovdur.(report)

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv