Bakıda sürücüdən TƏRBİYƏSİZLİK: Ayağını çölə çıxardaraq maşını sürdü – VİDEO

Bakı şəhərində “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəlllüdlü Murad Əşrəfov ayağını çölə çıxardaraq avtomobil idarə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Polis mayoru bildirib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib:

“İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs cəzası verilib”.

https://ok.ru/videoembed/3526623431267

 

Рейтинг@Mail.ru Яндекс.Метрика