Bakıda sürücülər kütləvi şəkildə əks yola çıxdılar – VİDEO

Bakıda qaydaları kütləvi şəkildə pozan sürücülərin videosu kameraya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə iyulun 27-də, paytaxtın Balaxanı-Binəqədi yolunda baş verib.

Belə ki, 99-MS-096 qeydiyyat nişanlı “Nissan” markalı, 90-AD-495 qeydiyyat nişanlı “Hyundai” markalı, 90-JV-012 “Hyundai” markalı, 01-CC-912 qeydiyyat nişanlı “Nazlifan” markalı, 10-VX-697 qeydiyyat nişanlı “Opel” markalı avtomobillərin sürücüləri bütöv xəttin tələbini pozaraq əks yola çıxıblar. Onlar axına qarşı hərəkət edərək qarşıdan gələn sürücülərə təhlükə yaradıblar./avtosfer.az/