Bakıda taksi qiymətlərində artımın səbəbləri nədir – VİDEO

Son günlər paytaxtda fəaliyyət göstərən taksilərin qiymətində artım müşahidə olunur. Belə ki, vətəndaşlar qiymətlərin ən azı 1-2 manat cıvarında bahalaşdığını qeyd edir.

Sürücülər də deyir ki, 1999-2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, taksidə fəaliyyət göstərən avtomobillərin sayında azalma var. Bu,  növbəsində qiymətlərə də öz təsirini göstərir.

Mövzu barədə Yenicag.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, buraxılış ili 1999-2000-ci il olan avtomobillər istehsalı 25 ili tamamlamaq üzrə olduğu üçün ötən həftədən etibarən taksi operatorları həmin taksilərlə əməkdaşlığı dayandırır.

Onun sözlərinə görə, sürücülər bu istiqamətdə son dərəcədə diqqətli olmalıdırlar:

Daha ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov

COP29