Bakıda min nəfərə düşən taksi sayı London, Moskva, Nyu-York, Tokio, Şanxay, İstanbul və bir sıra digər şəhərlərlə müqayisədə, 4 dəfə çoxdur.
Yenicag.az xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev deyib.
“Bakıda min sakinə 29,1 taksi düşür ki, Londonda bu rəqəm 9,9, Moskvada 5,8, Nyu-Yorkda 12,2, Sinqapurda 21,2, Tokio və Şanxayda 2, İstanbulda isə 1,8-dir”, – deyə o qeyd edib.