Bakıda taksi sürücüsünü döydülər – Pulunu və telefonunu apardılar

Bakıda taksi sürücüsünü döyərək ona qarşı soyğunçuluq edən şəxslərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Qazax rayon sakini A.Bağırov Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib.

Hadisə oktyabrın 17-də saat 19 radələrində baş verib. A.Bağırovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin onu döyərək 88 manat pulunu və mobil telefonunu aparıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlərdən Gəncə şəhər sakini S.Ələkbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, digər şəxs isə müəyyən edilmişdir.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

COP29