Bakıda tanınmış bloqerin restoranında baş verən bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNDİ

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır:

“Əlavə məlumat veriləcək”.

***

08:40

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Yenicag.az xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. Həmin vaxt o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar.