Tarixi binaya qəsd: fasadına 67-yə qədər kondisioner quraşdırıldı – VİDEO

Bakıda kondisionerlər tarixi binanın görkəmini pozur.

Yenicag.az xəbər verir ki, söhbət 1912-ci ildə inşa edilən tarixi binadan gedir. Üzeyir Hacıbəyov küçəsində yerləşən binanın fasadında 67-yə qədər kondisioner quraşdırılıb.

Məsələyə memar Elçin Əliyev münasibət bildirib.

Onun sözlərinə görə, binada aparılan təmir işlərini mütəxəssis memarlara həvalə etmək lazımdır:
“Kondisioner əvəzinə, binanın daxilində havalandırma sistemi qurulmalıdır”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: