Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş etmiş “Ural Hava Yolları” aviaşirkətinin təyyarəsinin sərnişinləri Moskvaya yola salınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Hava Limanından məlumat veriblər.
Qeyd edək ki, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müvəffəqiyyətlə eniş edib.
Hava gəmisinin qəza enişinə səbəb HG kapitanının təyyarədə bombanın olmasından şübhələnməsidir. Bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.
Təyyarədə ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub. Laynerə baxış keçirildikdən sonra partlayıcı maddə aşkar edilməyib.