!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda təcili tibbi yardım piyadanı vurub öldürdü

!Reklam – Yazi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 14-ü səhər saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mersedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən – 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv