Binəqədi rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli mansarda tipli binada yanğın olub.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın (1-ci mərtəbəsi mağaza, mansardası tədris mərkəzi kimi fəaliyyət göstərir) mansardasının tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.