Bakının Tbilisi prospektində təhlükəli anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, prospektdə aparılan yol tikintisinə bağlı tıxac yaranıb.
Bundan istifadə edən avtomobil sürücüləri yolun əks istiqamətinə hərəkət ediblər.
2 nömrəli marşrut avtobusu da əks istiqamətə çıxaraq insanların həyatını təhlükəyə atıb.
Prospektdə hazırda sıxlıq müşahidə olunur.