!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda tələbə qızı avtomobil vurdu – Sürücü qaçdı

!Reklam – Yazi

 

piyada_qadinBakıda kollec tələbəsini avtomobil vurub.

Hadisə Balaxanı qəsəbəsi 6-cı Mədən ərazisində baş verib.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2-ci kurs tələbəsi, 1997-ci il təvəllüdlü Qululu Aytac Taryel qızı dərsdən evə qayıdan zaman naməlum avtomobil onu vurub. Tələbəni vuran sürücü hadisə yerindən qaçıb.

Qəsəbə sakinləri tələbə qızı yaralı vəziyyətdə 6-cı Mədən ərazisindəki 11 nömrəli evin qarşısında görüblər. O, dərhal təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində A.Qululu kəllə-beyin travması alıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

İlkin ehtimala görə, naməlum avtomobilin sürücüsü A.Qululunu vurandan sonra onu yaralı vəziyyətdə evin qarşısına qoyub hadisə yerindən uzaqlaşıb. Çünki 11 nömrəli evin sahibinin hadisədən xəbərsiz olduğu ortaya çıxıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.(report)

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv