Bakıda təmayül siniflərində təhsil alan şagirdlərin sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 2021-2022-ci tədris ilində 17 241 şagird təhsil alır.

İdarədən Yenicag.az-a verilən məluamta görə, ümumtəhsil müəssisələrindəki təmayül siniflər haqqında məlumatlar toplanılıb və inkişaf perspektivləri təhlil edilib.

Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.