Reklam: High Technic
hightechnic

Bakıda təmizlik işçisini zorlamaq istədi, o da özünü pəncərədən atdı - VİDEO

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

Yenicag.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayış binasında baş verib.

Məlumata görə, həmin binada yaşayan 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.

Faktı həmin binanın sakinləri də təsdiqləyiblər.

Sakinlərin sözlərinə görə, sözügedən qadın paytaxtdakı təmizlik şirkətlərindən birinin işçisi olub. Həmin ünvana da sifarişlə mənzili təmizləmək məqsədi ilə gəlib.

Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.

Sakinlərin sözlərinə görə, həmin şəxs polis tərəfindən saxlanılıb.

www.yenicag.az

2557