Bakıda temperatur 40 dərəcəyə çatdı

Bakıda temperatur 40 dərəcəyə çatıb.

Bunu Yenicag.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub.

G.Məmmədova deyib ki, günəşli hava şəraiti bu gün də davam edəcək.